Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sumqayıt” növbəti yoxlama oyununu keçirib.

“Gənclik şəhəri” təmsilçisi Serbiyanın “OFK Belqrad” klubu ilə üzləşib və 1:4 hesabı ilə uduzub. Saşa İliçij kollektivində yeganə qolu Aleksandr Ramalinqom vurub.

Qeyd edək ki, “Sumqayıt” ilk yoxlama matçında Macarıstanın “Pakş” komandasına 1:5 məğlub olub.