Futbol üzrə Dünya Çempionatının qrup mərhələsində I tura yekun vurulub. K qrupunun ikinci matçında Kolumbiya debütant Özbəkistanla qarşılaşıb. Matç Cənubi Amerika təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib.

L qrupunda isə favoritlərdən İngiltərə Xorvatiya ilə görüşdə 4:2 hesablı qələbəyə sevinib. Britaniyaların hücumçusu Harri Keyn bu üzləşmədə dulbla yadda qalıb.

Sözü gedən kvartetin digər duelində isə Qana son dəqiqələrdə vurulan qolla Panamanı 1:0 məğlub edib. Qrup mərhələsinin II turu bu gün başlayacaq.