“Araz-Naxçıvan”ın futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində qarşılaşacağı rəqibin adına aydınlıq gəlib. Son ölkə çempionu Portuqaliyanın “Benkifa” klubu ilə qarşılaşacaq.

Azərbaycan təmsilçisi 1/4 finala vəsiqə qazanacağı təqdirdə isə AEK (Yunanıstan) – “Sportinq” (Portuqaliya) cütünün qalibi ilə ügörüşəcək.

Komandalar arasında 1/8 finalın ilk görüşü noyabrın 24-də Bakıda, cavab matçı isə dekabrın 5-də rəqib meydanında keçiriləcək.

1/4 final oyunları isə 23 fevral və 6 mart tarixlərində baş tutacaq.