“Neftçi” heyətinə yeni futbolçu qatıb. “Ağ-qaralar” braziliyalı yarımmüdafiəçi Breno Almeyda ilə 2.5 illik müqavilə imzalayıb.
27 yaşlı oyunçunun sonuncu klubu Kipr təmsilçisi “Etnikos” olub. O, cari mövsüm keçirdiyi 14 oyunda 3 qol, 5 məhsular ötürmə ilə yadda qalıb.
Bunun yanaşı, ölkəsinin komandalarında forma geyinən Almeyda Səudiyyə Ərəbistanının “Ciddə” və Maltanın “Valetta” klublarında çıxış edib.














