Azərbaycan paraüzgüçüləri Qubada təlim-məşq toplanışına başlayıblar.

Dünən start götürən hazırlıq prosesi martın 17-dək davam edəcək.

Toplanışda paralimpiyaçılar – Raman Salei, Əli Vəliyev və Murad Məmmədov iştirak edirlər.

Onlar məşqçilər – Fyodor Kirillov və Faiq Əsgərovun rəhbərliyi altında hazırlıq keçirlər.