“Neftçi”nin futbolçusu Vensan Abubakar Azərbaycan çempionatlarının son 6 mövsümündə ilk iki matçı qolsuz tərk etməyən yeganə debütant olub. Kamerunlu futbolçu bu nəticəyə Misli Premyer Liqasının X turunda Bakı klubunun “Kəpəz”i 5:1 məğlub etdiyi görüşdə qol vuraraq imza atıb. O, buna kimi IX turda, “ağ-qaralar”ın “Qəbələ”yə qarşı 2:0 hesablı qələbəsi ilə bitən matçda da fərqlənib.
Turnirin tarixində sonuncu belə debüt 2019/2020 mövsümünə təsadüf edib. Nikolas Raysel “Qəbələ”yə qoşulduqdan sonra meydana çıxdığı ilk iki oyunda rəqib qapısına yol tapıb. “Sabah”la “Səbail”in hərəsinə bir qol vuran fransalı hücumçu da Vensan kimi ilk görüşə sonradan çıxıb, digərində isə start heyətində yer alıb.


















