“Qarabağ” və “Zirə” komandaları yoxlama oyununda üz-üzə gəliblər.

“Azersun Arena”nın məşq meydançasında baş tutan qarşılaşmada Ağdam təmsilçisi 4:3 hesablı qələbə qazanıb.

Ağdam klubunun heyətində Kamilo Duran, Bəhruz Qurbanlı, Leandro Andrade, Mehdi Mütəllimli, qəsəbə təmsilçisində George Papunaşvili, Yeqor Boqomolski və Namik Ələskərov fərqləniblər.