Misli Premyer Liqasının XIII turunun daha iki görüşü keçirilib.

Qərb derbisində “Turan Tovuz” “Kəpəz”i qəbul edib. Tovuz şəhər stadionunda baş tutan matç ev sahibi kollektivin 2:1 hesablı qələbəsi ilə bitib. Bu, onların ardıcıl dördüncü qalibiyyətidir.

“Sabah” da turu itkisiz başa vurub. “Araz-Naxçıvan”ı qəbul edən Bakı klubu 2:0 güclü olub. Naxçıvan təmsilçisi rəqibini sonuncu dəfə 2023-cü ilin dekabrında məğlub edə bilib.

“Turan Tovuz” və “Sabah” 27 xalla 2-3-ü sıralarda qərarlaşıblar. 18 xallı “Kəpəz” 6-cıdır. Cari mövsüm qələbəsi olmayan “Araz-Naxçıvan” 3 xalla sonuncu yerdədir.