Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” III təsnifat mərhələsi çərçivəsində “Dinamo Kiyev”i qəbul edib.

Bir həftə əvvəl Polşada keçirilən matçda 0:1 hesabı ilə uduzan Ağdam klubu Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilən matçda 2:0-lı qələbəyə sevinib və turnirin pley-off mərhələsinə yüksəlib. Komandamızın qollarını Jali Muaddib və Aleksey Kaşuk vurub.

“Qarabağ” liqa mərhələsinə yüksəlmək uğrunda Niderlandın “Tvente” klubu ilə üzləşəcək.