Novak Cokoviç ATP reytinqində ilk beşlikdə qalma müddətinə görə yeni dünya rekorduna imza atıb.
Serbiyalı raketka ustası “Böyük Dəbilqə” turnirlərinin 24 qat qalibi kimi bu göstəricidə 860-cı həftəsinə qədəm qoyub.
İsveçrəli Rocer Federerə məxsus 859 həftəlik rekordu yeniləyən Cokoviç 860 həftənin 428-ni dünya reytinqinin lideri qismində keçirib.
Novak 171 həftə ikinci, 167 həftə üçüncü, 59 həftə dördüncü, 35 həftə beşinci pillədə qərarlaşıb.


















