ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatı davam edir.

Turnirdə qadınların mübarizəsinə yekun vurulub. Azərbaycan millisi bu növdə 1 gümüş medal əldə edərək 14-cü yeri tutub. 59 kq-da yalnız finalda uduzan Günay Qurbanova ikinci olub.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşində komandamız 2 mükafatla fərqlənib. 60 kq-da Elmir Əliyev gümüş, 77 kq-da Ruslan Nurullayev bürünc medal əldə edib.