Misli Premyer Liqasında X turun faha iki görüşü keçirilib. “Turan Tovuz” cari mövsüm doğma meydanda keçirdiyi ilk matçda “Şamaxı”ya 2:1 qalib gəlib. “Sumqayıt” isə evdə “Araz-Naxçıvan”dan 3:2 hesabı ilə üstün olub.
Hazırda turnir cədvəlinə 21 xala malik “Turan Tovuz” başçılıq edir. Onadan bir xal geri qalan və ehtiyatında 1 oyun olan “Qarabağ” ikinci, 19 xallı “Zirə” üçüncüdür. X tur bu gün saat 19:30-da başlayacaq “Sabah” – “Qəbələ” qarşılaşması ilə yekun vurulacaq.


















