“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

Ağdam klubu turnirin III təsnifat mərhələsində Ukrayna təmsilçisi “Dinamo Kiyev”i mübarizədən kənarlaşdıracağı təqdirdə, “Tvente” (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab matçları isə 27-də baş tutacaq.