Azərbaycanın stolüstü tennisçisi Nihad Məmmədov adını “Ginnesin Rekordlar Kitabı”na yazdırıb.

Məmmədov bu ilin aprel ayında, “Şüa İdman Kompleksi”ndə təşkil olunan mərasimdə, topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə cəhd göstərib.

O, Gənclər və İdman Nazirliyinin, ASTF-nin rəsmilərinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti ilə bu hərəkəti 18.20 metr məsafədən uğurla həyata keçirib və türkiyəli Osman Gürcüyə məxsus 17.50 metrlik rekordu qırıb.