Futbol üzrə İsveç çempionatının 2025-ci il mövsümündə birinci pillənin sahibi bəlli olub. 27-ci turda “Göteborq”u 2:0 hesabı ilə məğlub edən “Myelbü” sona 3 tur qalmış qızıl medalı təmin edib. “Sarı-qaralar” tarixində ilk dəfə ölkənin ən güclüsü adını qazanıb. Ən maraqlısı budur ki, 6 il əvvəl elitaya qayıdan “Myelbü” əhalisi 1500 nəfərə yaxın olan Hellevik qəsəbəsini təmsil edir.