Şəki Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə regional yarış keçiriləcək.

Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Oktyabrın 16-da baş tutacaq turnirdə müxtəlif bölgələri təmsil edən idmançılar bacarıqlarını göstərməyə çalışacaqlar.