Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə “Neftçi” (Azərbaycan) və Litvanın “Spartak” (Vilnüs) komandalarının veteranları arasında yoldaşlıq oyunu keçiriləcək.

Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Qarşılaşma oktyabrın 4-də, saat 12:00-da start götürəcək. Oyun sözügedən arenada baş tutacaq.

Xatırladaq ki, 1951-ci ildə stadionun açılışında bu iki komanda qarşılaşıb.