UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində təmsilçimiz “Qarabağ” səfərdə “Atletik Bilbao” ilə qarşılaşacaq. Artıq İspaniyada baş tutacaq oyuna təyinatlar açıqlanıb. Matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi İqor Payaç olacaq. Ona Boyan Zobenitsa və İvan Mihali kömək göstərəcək. Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirəcək.VAR-da İvan Bebek, AVAR-da isveçrəli Fedayi San əyləşəcək. Qeyd edək ki, “Atletik bilbao” – “Qarabağ” matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq və “CBC Sport”la canlı yayımlanacaq.

















