Belçikanın Vise şəhərində cüdo üzrə Beynəlxalq Açıq turniri keçirilir.

Yarışın ilk günündə Azərbaycan cüdoçuları 7 medal qazanıblar. Murad Muradlı (-60 kq) və Camal Feyziyev (+100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Əbil Yusubov (-73 kq) və Zelim Tçkayev (-90 kq) turniri gümüş medalla tamamlayıblar. Fərid Qarayev (-60 kq), Kamran Süleymanov (-73 kq) və Ramazan Əhmədov (+100 kq) isə bürünc mükafat əldə ediblər.