UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ”ın “Nyukasl”a qarşı səfər matçında Ağdam təmsilçisinin azarkeşləri üçün ayrılan bilet sayı məlum olub.
İngiltərə təmsilçisi ev oyunlarını keçirdiyi “Sent-Ceyms Park” stadionunda Azərbaycan klubu üçün 2466 yer ayırıb. Bu oyunların biletləri bu gün saat 15:00-dan etibarən satışda olacaq.
Qeyd edək ki, “Qarabağ” “Nyukasl”a qarş ilk görüşü fevralın 18-də, Bakıda olacaq və saat 21:45-də başlayacaq. Cavab oyunu isə Bakı vaxtı ilə fevralın 24-ü, saat 00:00-da start götürəcək.


















