Misli Premyer Liqasının VIII turu Abdullah Zubir üçün əlamətdar olub.
“Qarabağ”ın fransalı legioneri Premyer Liqada 50-ci qolunu vurub.
O, “Turan Tovuz”la səfər oyununda (2:1) fərqlənib.
Zubir çempionatdakı 193-cü matçında 50-yə çatıb. Bütün qollarını Ağdam klubunda vuran yarımmüdafiəçi ölkə çempionatının yüksək dəstəsində 50 və daha çox qol vuran 42-ci futbolçu olub.
- Nazim Əliyev – 183
- Müşfiq Hüseynov – 125
- Rövşən Əhmədov – 116
- Qurban Qurbanov -115
- Samir Ələkbərov – 115
- Alay Bəhramov – 108
- Nadir Nəbiyev – 103
- Xaqani Məmmədov – 102
- Vadim Vasilyev – 102
- Kənan Kərimov – 101
- Musa Qurbanov – 94
- Fazil Pərvərov – 89
- Samir Musayev – 88
- Fərrux İsmayılov – 85
- İmamyar Süleymanov – 85
- Samir Əliyev – 84
- İsmayıl Məmmədov – 76
- İlham Məmmədov – 74
- Azər İsayev – 73
- Paşa Əliyev – 72
- Badri Kvaratsxeliya – 71
- Zaur Ramazanov – 70
- Filip Ozobiç – 67
- Yunis Hüseynov – 66
- Vidadi Rzayev – 65
- Mahir Əliyev – 65
- Rauf Əliyev – 63
- Mahmud Qurbanov – 61
- Ramiz Məmmədov – 61
- Georgi Adamiya- 61
- Mahir Emreli – 59
- Rəşad Abdullayev – 58
- Davit Volkov – 56
- Vaqif Cavadov – 53
- Amil Yunanov – 52
- Riçard Almeyda – 51
37.Həsən Abdullayev – 51
- Viktor İqbekoyi – 50
- Vüqar Qəmbərov – 50
- Mehman Baxışov – 50
- Yalçın Bağırov – 50
- Abdullah Zubir – 50
Zubir həm də “Qarabağ”ın heyətində ümumilikdə 72-ci qolunu vurub. Bütün turnirlərdə 325 matça çıxan fransalı klub tarixinin bombardirləri siyahısında 2-ci yerə yüksəlib.
O, 71 qol vuran Mahir Emrelini arxada qoyub. Zubir yalnız 159 qolun müəllifi olan Müşfiq Hüseynovdan geri qalıb.

















