“Sabah” klubu uşaq futbolunun inkişafına yönəlmiş “Sabah Football Academy Future Talents” – “Sabah Futbol Akademiyası Gələcəyin istedadları” proqramını yaratmaq qərarına gəlib.
Proqramın ilkin kapitalı Prezident İlham Əliyevin 27 avqust 2026-cı il tarixli Sərəncamı ilə kluba ayrılan 5 milyon manat və “Sabah”ın 5 milyon manatlıq vəsaiti hesabına formalaşdırılıb.
“Sabah Football Academy Future Talents” proqramının yaradılmasında əsas məqsəd uşaq futbolunun davamlı inkişafına dəstək vermək, bu prosesə maraqlı tərəfləri cəlb etmək və uzunmüddətli, dayanıqlı inkişaf modelinin formalaşdırılmasına töhfə verməkdir.
















