Misli Premyer Liqasının IV turunun daha iki görüşü keçirilib.
“Bank Respublika Arena”da təşkil edilən matçda “Zirə”ni qəbul edən “Sabah” 5:0 hesablı qələbə qazanıb. Bu oyunda Coy-Lens Mikels mövsümün ilk het-trikinə imza atıb. Xalını 9-a çatdıran Valdas Dambrauskasın komandası əlavə göstəricilərə görə “Zirə”ni qabaqlayaraq liderliyə yüksəlib.
Doğma meydanda “Şəfa” ilə üzləşən “Neftçi” isə 4:1-lik qalibiyyətə sevinib. 4 görüşə 9 xal yığan “ağ-qaralar” üçüncü yerdədir.
IV tura sabah saat 18:00-da başlayacaq “Turan Tovuz” – “Sumqayıt” və saat 20:15-də start götürəcək “Qarabağ” – “Araz-Naxçıvan” qarşılaşmaları ilə yekun vurulacaq. Bu oyunlar da “CBC Sport”la canlı yayımlanacaq.
















