UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Azərbaycanın turnirdəki təmsilçisi “Sabah” da mümkün rəqiblərini öyrənib.
“Bayquşlar” Danimarkanın “Orhus” kollektivi ilə qarşılaşmadan qalib ayrılarsa, növbəti etapda “Hapoel Beer-Şeva” (İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün uğurlu tərəfi ilə üzləşəcək.
Qeyd edək ki, “Sabah”ın “Orhus”la avqustun 5-i baş tutacaq ilk oyunu səfərdə təşkil ediləcək. Qarşılaşma saat 20:30-da başlayacaq.

















