UEFA Avropa Liqasında 2025/2026 mövsümünün qalibi müəyyənləşib. Türkiyənin İstanbul şəhərindəki “Beşiktaş Park” stadionunda keçirilən matçda “Frayburq”la “Aton Villa” kollektivləri üzləşib.
Qarşılaşmanı 3:0 qalib başa vuran “Aston Villa” tarixində ilk dəfə bu kuboka sahib çıxıb. XXI əsrdə ilk tituluna yiyələnən Birmingem təmsilçisi 1982-ci ildən, UEFA Çempionlar Liqasındakı qələbəsindən bəri ilk dəfə qitə miqyaslı yarışda qalib gəlib.
Həmçinin, “Aston Villa”nın baş məşqçisi Unai Emeri Avropa liqasında 5-ci zəfərini yaşayıb. “Sevilya” ilə 3, “Vilyarreal”la bir dəfə kuboka sahib çıxan Emeri, yalnız bir dəfə, 2019-cu ildə “Arsenal”ın sükanı arxasında olarkən qitənin ikinci dərəcəli klub turnirinin final matçında məğlubiyyət acısı yaşayıb. Həmin zamanlar “topçular” Bakıda təşkil edilən həlledici oyunda “Çelsi”yə uduzmuşdular.














