II Liqada mübarizə aparan “Sheki City” komandasının rəsmisi Elgün Hüseynov altı ay futbolla bağlı fəaliyyətdən məhrum edilib.
Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
O, bəzi futbolçuların sənədlərini düzgün təqdim etmədiyinə görə bu cəza ilə üzləşib.

















