III Beynəlxalq Xankəndi Ultramarafonunun qalibləri müəyyənləşib.
192 kilometrlik mübarizənin yekununda kişilər arasında Gürcüstan təmsilçisi David Xarazişvili, qadınlarda isə Ukraynadan Olena Şevçenko ümumi hesabda birinci yeri tutublar.Azərbaycan təmsilçisi Elşad Nəsibov kişilərdə üçüncü, Natalya Vallek isə qadınlarda üçüncü pillədə qərarlaşıb.
6 ölkədən 97 atletin qatıldığı yarış Qəbələ-Ağdaş, Ağdaş-Bərdə, Bərdə-Ağdam və Ağdam-Xankəndi mərhələlərindən ibarət olub. Sonuncu mərhələdə də Xarazişvili və Şevçenko finiş xəttini birinci keçiblər.











