Bu gün Azərbaycan çimərlik futbolu komandası İtaliyanın Viareccio şəhərində keçirilən Avroliqanın promouşn-finalının A qrupunda ikinci oyununu keçirib. Seçməmiz Litva ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub. Azərbaycan millisinin yeganə qolunu Kamran Qurbanov vurub. Məğlubiyyətə baxmayaraq, qrupu 3 xalla Litavanın ardından ikinci bitirən yığma yarımfinala vəsiqə qazanıb. Xatırladaq ki, daha əvvəl Azərbaycan Belçika üzərində 5:4 hesablı qələbə qazanıb.















