İspaniya La liqasında VII turun oyunları keçirilib. Maraqla gözlənilən qarşılaşmalarından birində “Atletiko Madrid” doğma “Metropolitano” stadionunda “Real Madrid”i qəbul edib. Matç ev sahiblərinin 5-2 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın heyətində Xulian Alvares dubl edib, Robin Le Norman, Aleksandr Sörlot və Antuan Qrizman isə hərəyə bir dəfə fərqlənib. Qonaqlardan isə qolları Kilian Mbappe və Arda Gülər vurub.

Bu mövsüm bütün turnirlərdə 7 oyunluq qələbə seriyası qırılan “kral klubu” 5 görüşdür ki, “Atletiko” səfərində qələbə qazana bilmir. Son belə hal 2022-ci ilin sentyabrın 18-i yaşanıb.

Məğlubiyyətə baxmayaraq “Real Madrid” 18 xalla turnir cədvəlinə başçılıq edir. 1 oyun az keçirən “Barselona” əzəli rəqibindən 2 xal geri qalır. 12 xal toplayan “Atletiko Madrid” dördüncüdür.