“Turan Tovuz” yeni transferini açıqlayıb. Bölgə təmsilçisi Xorxe Silvanı heyətinə qatıb. Portuqaliyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Vətənində “Sportinq” B, “Leyşoeş” və “Pasoş Fereyra” klublarının formasını geyinmiş 29 yaşlı sağ cinah müdafiəçisinin son klubu Sloveniyanın “Olimpiyq Lübliyana” kollektivi olub. O, həm də Portuqaliyanın U-18, U-19 və U-20 milli komandalarında çıxış edib.
















