“Zirə” yeni transferini açıqlayıb. Komanda Enrike Kustodionu heyətinə qatıb. Braziliyalı futbolçu ilə 1+1 illik müqavilə bağlanılıb. Futbolçu daha əvvəl ölkəsinin “Kuritiba”, “Nautiko”, “Parana”, Portuqaliyanın “Portimonense”, “Farense”, B-SAD, “Leyşoyş” klublarında çıxış edib. Qeyd edək ki, daha əvvəl “Zirə” Brahim Konate, Yeqor Boqomolski, İsmayıl İbrahimli, Rövlan Muradov, Vinsent Till və Leroy Mikelsi transfer edib.
















