Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatı davam edir.
Yarışda Azərbaycanın daha bir idmançısı yarımfinala yüksəlib. 60 kq-da mübarizə aparab Əli Baxışov slovakiyalı Kristian Haraşikini 4:1 hesabı ilə məğlub edərək özü üçün azı bürünc medalı təmin edib. Boksçu avqustun 20-də final uğrunda Türkiyədən Furkan Avarla qarşılaşacaq.
Qeyd edək ki, daha öncə Banuçiçək Nəsirli (48 kq) də yarımfinala vəsiqə qazanıb. O, avqustun 20-də irlandiyalı Ellen Coysla final adlamaq uğrunda döyüşəcək.













