Tennis üzrə mövsümün sonuncu Böyük Dəbilqəsi “US Open”də qadınların yarışında qalib müəyyənləşib. Həlledici görüşdə ötən mövsümün qalibi belaruslu Arina Sabalenka ilə son iki Böyük Dəbilqədə final oynamağı bacaran yerli idmançı Amanda Anisimova ilə qarşılaşıb. Hər iki seti aktivinə yazan belaruslu raketka ustası ardıcıl ikinci dəfə “US Open” yarışında triumf yaşayıb. Bu, Sabalenkanın qazandığı ümumilikdə 4-cü Böyük Dəbilqə turniridir.


















