Sentyabrın 21–24-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda taekvondo üzrə uşaqlar, həmçinin 16–21 yaşlılar arasında Azərbaycan çempionatı təşkil olunacaq.

4 gün davam edəcək yarışda müxtəlif şəhər və rayonların idman klubları, cəmiyyətlərinin təmsilçiləri mübarizə aparacaqlar.

Uşaqlar arasında yarışda 2015–2017-ci il, 16–21 yaşlıların mübarizəsində isə 2005–2009-cu il təvəllüdlü idmançılar qüvvələrini sınayacaqlar.

Turnirin ilk iki günündə uşaqlar, son iki gündə isə 16–21 yaşlılar arasında duellər keçiriləcək.