Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında keçirilən avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk yarış günü başa çatıb.
Çempionatın ilk günündə idmançılar 11 dəst medal uğrunda mübarizə aparıblar. Qaliblər aşağıdakılardır:
- Əlimurad Hacızadə (2008-09-cu il təvəllüdlü idmançılar arasında; K1, 200 m)
- Elmir Təriverdiyev (2010-11; K1, 200 m)
- Leyla Əli (2010-11; K1, 200 m)
- Azər İlyasov (2008-09; 1500 m)
- Məhəmməd Həsənov (2010-11; 1500 m)
- Yusif Əliyev (2012-13; 1000 m)
- Hüseyn Səmədlı (2008-09; C1, 200 m)
- Yunus Əhmədov (2012-13; K1, 200 m)
- Kamal Tağıyev – Əziz Əhmədli dueti (2010-11; K2, 200 m)
- Fəxri Sadıxlı (2010-11; C1, 200 m)
- Sabuhi Cəfərzadə – Sultan Mustafalı dueti (2012-13; K2, 200 m)
Çempion idmançılar diplom və medallarla təltif olunacaqlar. Həmçinin onlar sentyabrın 29-dan oktyabrın 2-dək Mingəçevirdə keçiriləcək beynəlxalq reqatada iştirak edəcək Azərbaycan komandasının heyətinə daxil ediləcəklər. Turnirə sentyabrın 2-də yekun vurulacaq.












