Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (K44, 70 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən Qran-Pri Finalında bürünc medal qazanıb.
K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda qazaxıstanlı Askar Dinmuxammedi məğlub edib. Ancaq yarımfinalda meksikalı Juan Dueqo Qarsia Lopezə uduzub.
Üçüncü yer uğrunda görüşdə paralimpiyaçının braziliyalı rəqibi Valter Sedano Delfino de Oliveyra döyüşə çıxmadığından İmaməddin Xəlilov bürünc mükafat qazanıb.











