UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turundan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb.

“Sabah”ın qapıçısı Stas Pokatilov ən çox qurtarış edən qapıçıların siyahısında birinci pilləyə yüksəlib. O, dünən “Barselona” ilə oyunda (1:4) 9 seyv ilə yadda qalıb.

Qazaxıstanlı qolkiper ümumilikdə 31 qurtarışla bütün həmkarlarını qabaqlayıb. İkinci pillədə 28 seyvlə “Brügge”nin qapıçısı Yan Sommer yer alıb. “Portu”nun çərçivə qoruyucusu Dioqu Koşta 26 qurtarışla ilk üçlüyü qapayır.