Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV tura bu gün iki oyunla yekun vurulacaq.

Saat 16:00-da “Ordu” “Azərreyl” ilə üz-üzə gələcək.

“Neftçi” – “Xilasedici” görüşü isə saat 19:00-da başlayacaq.

Hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq.