Qadın voleybolçulardan ibarət “Turan” klubu Çempionlar Liqasının qrup mərhələsində ilk oyununa çıxıb.
Azərbaycan təmsilçisi D kvarteti çərçivəsində İtaliya səfərində “Savino Del Bene” ilə üzləşib. Görüş rəqib kollektivin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
D qrupunun bir gün əvvəl baş tutan digər görüşündə “Əczaçıbaşı” Seribiya kollektivi “Tent”ə qalib gəlib. “Turan” növbəti oyununu dekabrın 2-də Türkiyədə “Əczaçıbaşı”na qarşı olacaq.












