20 yaşadək futbolçulardan ibarət Azərbaycan millsi Bakıda təşkil olunan təlim-məşq toplanışının son günündə ikinci yoldaşlıq oyununu keçirəcək.
Ruy Jorjenin baş məşqçisi olduğu U-20 yığması bu gün İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 16:00-da başlanacaq.
Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçirilən ilk oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

















