Bu gün Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası start götürəcək.
Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən “Prezident Kuboku 2026” beynəlxalq reqatasında Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı yarışacaq.
Turnirin ilk günündə Sərsəng su anbarında akademik avarçəkmə, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlar üzrə idmançıların nümunəvi çıxışları olacaq, iştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vuracaq, milli musiqi və rəqs nümunələrindən ibarət tədbir keçiriləcək. Həmçinin, ilk yarışlar təşkil ediləcək.













