“Qəbələ”nin futbolçusu Asif Məmmədov Azərbaycan Premyer Liqasında son 18 mövsümün rekordunu qırıb.
Bölgə təmsilçisinin kapitanı VIII turda “Sabah”la ev matçının son anlarında meydana daxil olaraq mövsümdə ilk dəfə şans qazanıb.
40 yaş 73 günlüyündə meydana çıxan yarımmüdafiəçi çempionatda son 18 mövsümün rekordunu qırıb. A.Məmmədov bu dövrdə meydana çıxan ən yaşlı futbolçu olub.
Xatırladaq ki, qarşılaşma “Sabah”ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

















