Bu gün Azərbaycan Basketbol Liqasının VII turunun bir oyunu keçirilib.
Milli Gimnastika Arenasında baş tutan matçda “LANDAU Lions” “Gəncə”ni qəbul edib. Görüş ev sahiblərinin 85:62 hesablı qələbəsi ilə bitib.
Xatırladaq ki, tutun ilk qarşılaşmasında “Sabah” “Neftçi”yə 93:78 qalib gəlib. Bu kollektivlər 11 xalla turnir cədvəlinə başçılıq edir.











