Azərbaycan təmsilçisi Ammar Baxşalıyev Çinin Nankin şəhərində keçirilən batut gimnastikası üzrə gənclər arasında dünya çempionatında üçüncü olub.

Təsnifat mərhələsini 6-cı pilləni bitirərək finala yüksələn idmançı həlledici raundda 55,450 xal toplayaraq bürünc medal qazanıb.

Bununla da Baxşalıyev Azərbaycan batut gimnastikası tarixində gənclər arasında mundialın fərdi proqramın ilk medalçısı olub.