UEFA Millətlər Liqasının qrup mərhələsində V turun növbəti oyunları keçirilib. Portuqaliya doğma meydanda Danimarkaya böyük hesabla uduzub. Norveç Uelsə qalib gəlib.
A Liqası
4-cü qrup
Norveç – Uels 3:1
Portuqaliya – Danimarka 1:4
Məğlubiyyətə baxmayaraq 12 xala malik Portuqaliya qrup lideridir. İkinci Danimarkanın 9 xalı var. Norveç 6 xalla üçüncüdürsə, Uels 3 xalla sonuncudur.
B Liqası
2-ci qrup
Gürcüstan – Macarıstan 0:2
Şimali İrlandiya – Ukrayna 1:0
11 xalla lider olan Şimali İrlandiya ikinci Macarıstanı 1 xal qabaqlayır. Ukraynanın 4, Gürcüstanın 2 xalı var.
3-cü qrup
Kosovo – İsrail 0:0
Avstriya – İrlandiya 1:0
Avstriya 11 xalla ilk yeri tutur. 6 xallı Kosovo ikinci, 1 xal az toplayan İrlandiya üçüncüdür. 3 xallı İsrail sonuncu sırada mövqe tutub.
4-cü qrup
Rumıniya – Polşa 2:1
İsveç – Bosniya və Herseqovina 3:2
13 xallı İsveç qrup birincisidir. Bosniya və Herseqovina 8 xalla ikinci pillədədir. Üçüncü Polşanın 4 xalı var. Rumıniya 3 xalla kvarteti qapayır.











