Qadınlardan ibarət “Kür” həndbol komandası EHF Avropa Kubokunda növbəti oyununu keçirib.

Azərbaycan təmsilçisi turnirin III təsnifat mərhələsində Şimali Makedoniyanın “WHC Çair” kollektivi ilə üz-üzə gəlib. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan görüş rəqib kollektivin 24:27 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, tərəflər arasında cavab oyunu noyabrın 15-də eyni məkanda baş tutacaq.