UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib.
İlk oyun günündə A və C liqalarında səkkiz qarşılaşma keçirilib. Türkiyə Belçikaya uduzub. İtaliya Fransaya qalib gəlib. İspaniya və İngiltərə seçmələri də öz görüşlərində qalib gəliblər.
A Liqası
1-ci qrup:
Türkiyə – Belçika – 1:2
İtaliya – Fransa – 3:1
Birinci qrupda İtaliya və Fransanın 10 xalı var. Belçika onlrdan 1 xal az toplayıb. Xalsız Türkiyə sonuncudur.
3-cü qrup:
Çexiya – İspaniya – 0:2
İngiltərə – Xorvatiya – 2:1
15 xala malik İspaniya və 12 xallı İngiltərə pley-offa vəsiqəni təmin edib. Xorvatiyanın 3 xalı var. Sonuncu Çexiya xal qazanmayıb.
C Liqası
1-ci qrup
Albaniya – Finlandiya – 2:0
San Marino – Belarus – 0:2
12 xalla qrupda ilk pilləni tutan Albaniya elit liqanı təmin edib. 10 xallı Belarus ikincidir. Finlandiyanın 7 xalı varsa, San-Marino xalsız sonuncudur.
2-ci qrup
Ermənistan – Kipr – 1:1
Monteneqro – Latviya – 2:1
13 xal toplayan Monteneqro qrup liderliyini təmin edib. Kiprin 8, Ermənistanın 5, Latviyanın 1 xalı var.












