Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti matçına çıxacaq.
Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv D Liqasının 2-ci qrupu çərçivəsində səfərdə Lixtenşteyn seçməsi ilə üz-üzə gələcək.
Saat 23:45-də başlayacaq oyunu estoniyalı Kristo Tohver idarə edəcək. Görüş “CBC Sport”da canlı yayımlanacaq.
















