Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı keçiriləcək. Azərbaycan millisi turnirə 7 idmançı ilə qatılacaq.
Məşqçilər Elbrus Rzayevlə Elvin Məmişzadənin rəhbərlik etdiyi komandamızda Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hünbətov (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Əli Abdullayev (65 kq), Nicat Alırzayev (70 kq), Abbasqulu Şadlinski (75 kq) və Səbuhi Əlizadəyə (+90 kq) medalçılar sırasına düşməyə çalışacaq. Yarışda ölkəmizi Anar Nağdıyev hakim kimi təmsil edəcək.
Noyabrın 16-da start götürəcək yarış doqquz gün davam edəcək.












