Seneqalın paytaxtı Dakar şəhərində Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan millisi daha bir medal qazanıb.

Belə ki, boksçumuz Gülər Hüseynova gümüş medala yiyələnib. 51 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda venesuellalı Qrenyellis Qarsiya ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Hüseynova ikincisi yeri tutub. O, bununla da Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazanan ilk azərbaycanlı qız boksçu kimi tarixə düşüb.